XƏBƏRLƏR

"Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş inşa müsabiqəsi keçirilib

16 aprel, 2025

 

Azərbaycan Dillər Universitetinin (ADU) Diplomatik Xarici dillər kafedrasının təşkilatçılığı ilə 17 mart 2025-ci il tarixində ingilis dili üzrə tədris alan tələbələr arasında “2025 – The Year of Constitutional Development and Legal Reforms” (“2025 – Konstitusiya inkişafı və hüquqi islahatlar ili”) adlı inşa müsabiqəsi keçirilib.

Müsabiqə Prezident tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə əlaqədar təşkil olunub. Tələbələrin hüquqi maariflənməsinə və konstitusion dəyərlərin təşviqinə xidmət edən bu təşəbbüs böyük maraqla qarşılanıb.

Qaliblər 15 aprel 2025-ci il tarixində Diplomatik Xarici dillər kafedrasının münsiflər heyətinin qərarı ilə müəyyənləşdirilib. Münsiflər heyətinə kafedranın müdiri, filologiya elmləri doktoru, professor N.R. Seyidova (sədr), dosent əvəzi P.F. Cəfərova, dosent əvəzi G.S. Müslümova və baş müəllim E.Ş. Şəfiyeva daxil olub.

Yekun nəticələrə əsasən, müsabiqənin qalibləri aşağıdakılardır:

1. Mirzəbəyova İradə – 361b qrup

2. Əzizli Ramila – 195 qrup

3. Orucova Nəzrin – 378r qrup

 

Qaliblərə hədiyyələr Diplomatik Xarici dillər kafedrasının müdiri, professor N.R. Seyidova tərəfindən təqdim olunub.