XƏBƏRLƏR

NUML universitetindən ADU-ya təbrik

14 aprel, 2025

QS 2025 sahələr üzrə dünya universitetlərinin reytinqi (QS World University Rankings by Subject 2025) açıqlandıqdan sonra Azərbaycan Dillər Universitetinin Pakistandakı partnyor universiteti olan NUML (National University of Modern Languages) universitetimizin qazandığı uğur münasibətilə ADU-nu təbrik edib.

NUML rəhbərliyi Azərbaycan Dillər Universitetinin dünyanın ən məşhur və nüfuzlu universitetləri sırasında tutduğu mövqedən dolayı sevincli olduqlarını bildirib. Onlar bu məlumatı qürurla sosial media hesabları vasitəsilə universitetin tələbə və müəllim kollektivinin diqqətinə çatdıracaqlarını qeyd ediblər.

Sosial media hesablarından edilən paylaşımlarda NUML rəhbərliyi ADU rəhbərliyini və kollektivini təbrik edərək, universitetimizlə əməkdaşlıq etdiklərindən dolayı fəxr duyduqlarını ifadə ediblər. Həmçinin, Azərbaycan Dillər Universitetinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.