XƏBƏRLƏR

Konfrans haqqında düşüncələr

14 aprel, 2025

Bu gün orta və ali təhsil qarşısında duran ən mühüm vəzifə müstəqil həyata qədəm qoyan orta məktəb məzununa zəruri bilik, bacarıq, səriştələr aşılamaq və onu sürətlə dəyişən həyata hazırlamaqdır. Elm və Təhsil Nazirliyinin göstərişinə uyğun olaraq ali məktəblərdə tədris-təlim prosesinin keyfiyyətini yüksəltmək məqsədi ilə ali məktəblərdə milli kurrikulumun icrasını nəzərdə tutan səriştəliyə əsaslanan yanaşmalar tətbiq edilir.

Yuxarıda qeyd edilmiş konseptual yanaşmanı praktik icrasına nail olmaq üçün ADU məzunların professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi ilə bağlı II regional konfrans Şəki-Zaqatala regionlarında xarici dil müəllimləri görüşlər keçirmişdir. Konfrans 90.000 şagirdə dərs deyən 12.500 müəllimlərin içərisində 788 xarici dil müəllimi ilə Oğuz, Şəki, Qax, Balakən, Zaqatala rayonlarını əhatə edirdi.

Bu tədbirdə ADU-nun rektoru, akademik Kamal Abdullanın rəhbərliyi ilə dilçilər, metodistlər, pedaqoq və psixoloqlardan ibarət 20 nəfər yüksək ixtisaslı professor-müəllim heyəti iştirak edirdi. Bu rayonda dərs deyən alman, fransız və ingilis dili müəllimlərinin ixtisas və peşə hazırlığı ilə əlaqədar ən müasir təlim texnologiyalarını mükəmməl bilən Universitet əməkdaşları məzunların professionallıq və peşə vərdişlərini yüksəltmək cəhdlərini qarşılarına məqsəd qoymuşdular.

ADU-nun rektorunun iş qrafiki isə daha sıx tərtib edilmişdi. Akademik K.Abdulla hər üç regionda məzunların ixtisas və peşə hazırlığının elmi-praktik tərəflərini, həm də Azərbaycan Respublika Prezidenti cənab İ.Əliyevin Konstitusiya və suverenlik mövzusu ilə bağlı ziyalılarla görüşlər keçirməyi planlaşdırılmışdır.

Nəzərdə tutulmuş pedaqoji paradiqma dövlətçilik, vətəndaşlıq və vətənpərvərlik hisslərinin icrası ilə yanaşı məzunların sinif otaqlarında bu mövzuların tədrisini də nəzərdə tuturdu.

Qeyd etmək yerinə düşərdi ki, 2024-cü tədris ilində belə bir konfrans Lənkəran-Masallı zonasında 10 rayonu və bundan 2 dəfə artıq müəllimləri əhatə edirdi.

Çox surətlə dəyişən dünya təhsil standartlarına, zəruri məzmununa və həcminə zamanın tələbinə uyğun yanaşma tələb edir və bu proses getdikcə çox vacib praktik yanaşma tələb edir. Pedaqoji hadisələrin islahatlara cəlb olunması, yeniliyin pedaqoji proseslərin bütün sahələrini əhatə etməsi ADU-nun rektoru, akademik K.Abdullanın belə bir layihənin formalaşdırmasına səbəb oldu və son iki tədrisi ilində minlərlə xarici dil müəlliminin peşə vərdişlərinin səriştəliliyini artırmaq və inkişaf edən həyati çağırışlara cavab vermək praktik olaraq yerlərdə keçirməni vacib bilərək regional konfranslar keçirildi.

Azərbaycan orta təhsil müəssisələrində xarici dillər ənənəvi olaraq alman, fransız və ingilis dillərində aparılır və konfransın gedişində müəllimlərin ixtisas bilikləri və peşə hazırlığı ilə bağlı, tədris prosesi nəticəsində ortaya çıxan çətinliklərin müzakirəsi, aradan qaldırılması, yeni təlim texnologiyalarının tətbiqi ilə əlaqədar müvafiq səriştələrin formalaşdırılmasında daha çox səmərə verə biləcək qabiliyyətləri şagirdlərə aşılamağın yolları konfransın metodik seminarlarında 4 bölmədə həyata keçirilmişdir.

Məzunların ixtisas hazırlığı və peşə vərdişlərinin təkmilləşdirilməsi ilə bağlı rektor Kamal Abdullanın rəhbərliyi ilə Universitetdə elmi-nəzəri konfranslar demək olar ki, hər il keçirilir və əldə edilən nəticələr kadr hazırlığında ixtisas və peşə hazırlığını inkişaf etdirmək üçün auditorialara daşınır. Universitetin auditoriyalar daxilində müzakirələr, dəyirmi masalarda formalaşan fikirlər, orta məktəblə bağlı sıx əlaqələr, akademik K.Abdullaya belə qənaətə gəlməyə əsas verdi ki, dərsliklər də, təlimin tədrisi prosesində, xarici dilin, ünsiyyət, təlim-idraki, idraki hədəflərinə çatmaqda boşluqlar yaranmaqdadır və bu faktı aradan qaldırmaq zamanıdır.

Konfrans zamanı Rektor özü çıxışında yaranan boşluqların doldurulmasında konfrans iştirakçılarını, universitet kollektivi ilə canlı müsahibələrə dəvət etdi və 4 bölmədə xarici dil müəllimləri şifahi xarici nitqə yiyələnməyin pedaqoji çətinliklərindən – dərs saatlarının azlığından, dərslik və dərs vəsaitlərinin bəziləri az məqsədybnlü olmamasından, komputer bacarıqlarının yetərli olmamasından, inkluziv təhsilin müasir vəziyyəti ilə bağlı çox ciddi yanaşmalar sərgiləyə bilərdi.

Məzunlarla pedaqoji müstəvi əsasında müəllim-şagird şəxsiyyətlərarası münasibətlərinin, təlimin effektivliyinə təsiri ilə bağlı çox emosional müzakirələr aparıldı. Müəllimlər rəqəmsal düşüncə tərzinə malik şagirdlərin pedaqoji prosesdə idarə edilməsi ilə bağlı şagirdin yaş xüsusiyyətlərinə uyğun yanaşmalar təklif etdilər.

Məlum olduğu kimi həm Lənkəran-Masallı, həm də Şəki-Zaqatala orta təhsil müəssisələrində oxuyan şagirdlərin multikultural dəyərlərin daşıyıcısıdır. Zaqatala rayon icra başçısı cənab M.Əhmədov qeyd etdi ki, elə şagird var ki, o 6 etnik qrupu təmsil edir və onun məktəbdə xarici dil məsələsi, ana dili məsələsi xüsusi fərdi yanaşma tələb edir. Belə xarakterli pedaqoji müxtəliflik gələcək təlim fəaliyyəti və pedaqoji kadr hazırlığı üçün nəzərə alındı.

Konfransın qarşısında duran iki metodik vəzifənin həyata keçirilməsinin istiqamətləri əvvəldən ADU-nun rektoru K.Abdulla tərəfindən nəzəri cəhətdən hazırlanmışdır.

İxtisas bacarıqlarının formalaşmasında yaranmış boşluqlar həm faktik olaraq konfransın metodik seminarlarında, həm də strateji fəaliyyət planı kimi hal-hazırda kadr hazırlığında aradan qaldırılması nəzərdə tutulmuşdu. Metodik seminarlarda xarici dil müəllimlərinin ixtisas bacarığının yaradılması ilə bağlı müzakirələrdə, dərsliklərin yenilənməsi ona müvafiq təlim texnologiyalarının tətbiqi, yazılı və şifahi nitqin inkişaf etdirilməsi ilə bağlı formalaşdırılmaq səriştələrin həm icra elementləri, həm də nəzəri təşkilediciləri barədə qarşılıqlı pedaqoji mübadilənin çox böyük təsiri olduğunu hiss etdik. Qarşılıqlı pedaqoji müsahibələr nəticəsində orta məktəb müəllimlərində belə bir fikri aşılamağa cəhd edildi ki, xarici dildə şifahi nitqi inkişaf etdirmək, ünsiyyətə yiyələnmək üçün şagird-şagird və müəllim-şagird dialoqlarından istifadənin çox güclü perspektivləri var.

İkinci mühüm nəticə isə bu qarşılıqlı münasibətlərdə xarici dil müəlliminin peşə hazırlığı idi. Sinifdə ixtisas hazırlığının səviyyəsinin peşə hazırlığına təsiri, sosial-psixoloji təsbit formasıdır. Müəllim peşəsi yeniliyə can atan cəmiyyətin lokomotivdir, lakin o çox ciddi yeni biliklərə ehtiyacı olan bir davranış nümunəsidir. Akademik K.Abdulla səriştəli peşə sahibinin formalaşmasının sosial-pedaqoji aspektinin məzmunlu şərhini verdi və onu formalaşdırılmasında ali məktəbin perspektivlərini konfrans iştirakçıları qarşısında sərgilədi.

Xarici dilin tədrisinin psixoloji və pedaqoji aspektləri barədə söhbət açan, Elmi Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri prof. H.Əlizadə şagird şəxsiyyətinin formalaşmasında şagirdin pedaqoji fəallığının nəticəsi kimi mənimsəmənin effektivliyinin modellərinin əlçatan variantlarının geniş müzakirəsini təşkil etdi.

ADU-nun professor-müəllim heyəti 2 gün müddətində Qax, Balakən, Zaqatala məktəblərində şagirdlərin iştirakı ilə yarışlar təşkili etdilər, həvəsləndirici mükafatlar, Universitetdə müxtəlif hədiyyələr və AHİK şagirdlərə hədiyyələrin payladılar.

Universitet + orta məktəb = məzun hazırlığının təhlili göstərdi ki, bu qarşılıqlı pedaqoji münasibətlər müasir təhsil yanaşması həddən artıq aktual bir yanaşmadır, bu proses biliyin mənimsənilməsi ilə paralel peşə səriştəsinin formalaşmasının ən optimal nəzəri-praktik müstəvisidir.

 

Misgər MƏMMƏDOV
Əməkdar mədəniyyət işçisi, Azərbaycan Dillər Universiteti HİK-nın sədri