ADU-da xeyriyyə konserti və yarmarka təşkil olunub

Azərbaycan Dillər Universitetində (ADU) İngilis və Alman dilləri fakültəsinin təşkilatçılığı ilə xeyriyyə konserti və yarmarka keçirilib. Tədbir İngilis dilinin leksikologiyası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nigar Bağırovanın rəhbərliyi ilə 208 b qrup tələbələrinin iştirakı ilə baş tutub.
Tədbirdə ADU-nun rektor müşaviri, iqtisad üzrə fəlsəfə doktoru Anar Osmanlı, fakültə dekanı dosent Naibə Camalzadə və İngilis dilinin leksikologiyası kafedrasının müdiri, filologiya elmlər doktoru professor Fikrət Cahangirov iştirak ediblər. Konsertdə tələbələr musiqi və rəqs nömrələri ilə çıxış edib, eyni zamanda yarmarkada Novruz bayramının simvolları olan milli şirniyyat nümunələri nümayiş olunub.
Xeyriyyə tədbiri çərçivəsində toplanan vəsait Biləcəri qəsəbəsində yerləşən uşaq sığınacağına yardım məqsədilə istifadə olunacaq.









