XƏBƏRLƏR

İngilis dilində “Novruz töhfələri” adlı tədbir keçirilib

14 mart, 2025

Azərbaycan Dillər Universitenin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin nəzdində fəaliyyət göstərən Qərb ölkələri üzrə Regioşünaslıq kafedrasının  baş müəllimləri Hökümə Abbasova, Ülviyyə Hüseynova və Sevinc Qurbanovanın təşkilatçılığı ilə BMR fakültəsinin tələbələrinin iştirakı ilə ingilis dilində "Novruz töhfələri" adlı tədbir keçirilib. Tədbirdə BMR fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli, Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva, müəllimlər, magistrantlar və tələbələr iştirak ediblər.

BMR fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli tədbiri açaraq, fakültədə tədrisin üç dildə aparıldığını və bu dillərdə keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva isə Novruz bayramının əhəmiyyəti və ənənələrinin qorunmasının vacibliyindən bəhs edib.

Daha sonra, Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin ingilis dilində tədris alan 271İ, 172i və 166i qrupunun tələbələri Novruz bayramının tarixi, Novruz adət və ənənələri, Novruz simvolları, Magistratura şöbəsinin magistrantı Aytən Xanlarova "Novruzun mədəni əhəmiyyəti" haqqında maraqlı çıxışlar ediblər. Tədbirin sonunda Novruz bayramının bir neçə ənənələri- papaq atma, 5 daş, yumurta döyüşdürülməsi keçirilib.