XƏBƏRLƏR

“Bərabərlik, müxtəliflik və inklüzivlik siyasəti” mövzusunda dəyirmi masa keçirilib

14 mart, 2025

Martın 13-də Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının təşkilatçılığı ilə “Bərabərlik, müxtəliflik və inklüzivlik siyasəti” mövzusunda dəyirmi masa keçirilib. Tədbir p.f.d. Samirə Həsənova və p.f.d. Səbinə Rüstəmovanın təşəbbüsü ilə baş tutub.

Dəyirmi masada akademik heyətin nümayəndələri, ümumtəhsil müəssisələrinin müəllimləri, reabilitasiya xidmətləri sahəsində çalışan mütəxəssislər və magistrantlar iştirak ediblər. Tədbirdə bərabərlik, müxtəliflik və inklüzivlik siyasəti geniş müzakirə olunub, bu anlayışların semantik mənası açıqlanıb və fikir mübadiləsi aparılıb. Həmçinin, ölkə və beynəlxalq səviyyədə qəbul olunmuş qanunvericilik aktlarına istinad edilərək prosesin hüquqi tənzimlənməsi məsələləri müzakirə edilib.

Qeyd edək ki, bu mövzu ilə bağlı silsilə tədbirlərin keçirilməsi artıq ənənə halını alıb.