XƏBƏRLƏR

ADU-da Lətifə Məmmədovanın 75 illik yubileyi qeyd olunub

13 mart, 2025

Martın 3-də Azərbaycan Dillər Universitetinin (ADU) Təhsildə xarici dillər kafedrasının baş müəllimi Lətifə Məcid qızının 75 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə ADU rektorunun məsləhətçisi if.d. Anar Osmanlı, Təhsil fakültəsinin dekanı professor Hikmət Əlizadə, İngilis-fransız dilləri fakültəsinin dekanı fil.f.d., dosent Babayeva Vafa, İngilis-alman dilləri fakültəsinin dekanı fil.f.d., dosent Naibə Camalzadə, eləcə də kafedranın professor-müəllim heyəti iştirak edib.

Təhsildə xarici dillər kafedrasının müdiri, fil.f.d., dosent Hacıyeva Həqiqət tədbiri açaraq, yubilyarın 43 illik pedaqoji fəaliyyətindən, elmi və pedaqoji uğurlarından bəhs edib. O, həmçinin Lətifə Məmmədovaya kafedra adından xatirə plaketi təqdim edib.

Daha sonra Təhsil fakültəsinin dekanı professor Hikmət Əlizadə çıxış edərək yubilyarı təbrik edib və ona uğurlar arzulayıb. Ardınca rektorun məsləhətçisi if.d. Anar Osmanlı, İngilis-fransız dilləri fakültəsinin dekanı fil.f.d., dosent Babayeva Vafa, İngilis-alman dilləri fakültəsinin dekanı fil.f.d., dosent Naibə Camalzadə, kafedranın professoru Əsgər Zeynalov, fil.f.d., dosent Salman Nuriyev çıxış edərək Lətifə Məmmədovanın təcrübəli və uğurlu pedaqoji fəaliyyətindən söz açıblar.

Daha sonra kafedranın əməkdaşları – baş müəllim Almas Əliyeva, müəllim Əsmər Veyisova və baş laborant Dürdanə Əliyeva çıxış edərək yubilyarla bağlı xatirələrini bölüşüb, ona xoş arzularını çatdırıblar.