ADU TGT “İlin Tələbə Gənclər Təşkilatı” seçilib

Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə “GenZ FEST” festivalı keçirilib.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən keçirilən festivalda 5 mindən çox tələbə iştirak edib.
Tədbirdə Azərbaycan Dillər Universitetindən (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Nicat Əliyev və təşkilat üzvləri iştirak edib.
Festival çərçivəsində il ərzində ölkənin ictimai-sosial həyatına verdiyi töhfəyə və aktiv fəaliyyətinə görə “İlin Tələbə Gənclər Təşkilatı” nominasiyası ADU TGT sədri Nicat Əliyevə təqdim olunub.
Bu münasibətlə təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik!
Qeyd edək ki, Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən 1997-ci ildə qoyulan 2 Fevral - Gənclər Gününə həsr edilən tədbirin əsas məqsədi ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrini özəl gündə bir araya toplayaraq Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğını bir daha onların nəzərinə çatdırmaq, eləcə də ali və orta ixtisas müəssisələrində imtahan sessiyalarından sonra stressdən kənar mühit formalaşdırmaq və tələbələrlə dövlət arasında bağları daha da möhkəmləndirməkdir.







