XƏBƏRLƏR

ADU Təsərrüfat şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir

05 fevral, 2025

Azərbaycan Dillər Universiteti PHŞ  Təsərrüfat şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir

 Əsas tələblər:

· Ali təhsil ( iqtisad, texniki )

· Sahə üzrə 5 il iş təcrübəsi

· Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)

· Yaş həddi: 30-55

· Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər 

· Komandada işləmə 

· Məsuliyyətlilik

· İntizamlılıq

· Nəticəyönümlülük

· Dəqiqlik

· Dil bilikləri ( rus, ingilis)

  Vəzifə və öhdəliklər:

· Müəssisənin bölmələrinin təsərrüfat inventarı ilə, idarəetmənin texniki vasitələri ilə təmin edilməsi;

· Texniki vasitələrin mühafizəsi və vaxtında təmir olunmasına nəzarət edilməsi;

· Təsərrüfat məqsədləri üçün ayrılmış material və vəsaitin səmərəli işlədilməsinə nəzarət edilməsi;

· Tabeçiliyində olan işçilərə nəzarət etmək;

· Şöbənin funksional fəaliyyəti ilə bağlı aidiyyəti struktur bölmələrlə qarşılıqlı əlaqələr qurmaq;

· Vaxtında hesabatları verməli.

 Qeyd: Əmək haqqı namizədin  kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 14 fevral  saat 18:00-dək  göndərə bilərlər.