ADU Qrantların idarə olunması şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir

Azərbaycan Dillər Universiteti PHŞ Qrantların idarə olunması şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir
Əsas tələblər:
· Ali təhsil ( İqtisadi)
· Sahə üzrə 5 il iş təcrübəsi
· Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
· Yaş həddi: 30-55
· Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti; (Maliyyə sahəsində bilik və təcrübə arzuolunandır);
· Məlumatın təqdim olunma üsullarından istifadə etməklə yüksək təqdimat bacarığı
· Komandada işləmə
· Məsuliyyətlilik
· İntizamlılıq
· Nəticəyönümlülük
· Dəqiqlik
· Azərbaycan, rus dillərini mükəmməl səviyyədə bilmək, ingilis dilini yaxşı səviyyədə bilmək;
Vəzifə və öhdəliklər:
· Maraqlı tərəflər üçün layihənin maliyyə hesabatlarını hazırlamaq və layihənin icrası, performans tendensiyaları haqqında reportlar tərtib etmək;
· Dəyişikliklər və risklərin proaktiv şəkildə idarə olunması üçün kənar təsirləri anında hesablamaq və hesabat şəklində rəhbərliyə təqdim etmək;
· Planlaşdırılmış və faktiki performans arasında uyğunsuzluqları müəyyən etmək, tədbirlər planı hazırlamaq;
· Layihələrin əsas Fəaliyyət Göstəricilərinin müəyyən etmək və layihə müddətində göstəricilərin qiymətləndirilməsi prosesini icra etmək;
· Layihə sponsorları və işçi qrupları ilə mütəmadi görüşlərdə iştirak etmək, layihənin fəaliyyətinin müzakirə edilməsi və qiymətləndirilməsini icra etmək.
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 14 fevral saat 18:00-dək göndərə bilərlər.