XƏBƏRLƏR

ADU Satınalma və təchizat şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir

05 fevral, 2025

Azərbaycan Dillər Universiteti PHŞ  Satınalma və təchizat şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir

 Əsas tələblər:

· Ali təhsil ( iqtisad, texniki )

· Sahə üzrə 5 il iş təcrübəsi

· Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)

· CİPS sertifikatı olan namizədlərə üstünlük veriləcək

· Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər 

· Komandada işləmə 

· Məsuliyyətlilik

· İntizamlılıq

· Nəticəyönümlülük

· Dəqiqlik

· Dil bilikləri ( rus, ingilis)

 Vəzifə və öhdəliklər:

· Satınalma fəaliyyətinin ümumi müəssisə fəaliyyəti cədvəlinə, büdcəyə, keyfiyyətə və tamlığa uyğun olmasını təmin etmək üçün satınalma prosesləri və departamentlərarası koordinasiyanın həyata keçirilməsi və nəzarət edilməsi;

· Potensial satınalma gecikmələrinin qarşısının alınması, müəssisənin fəaliyyət cədvəlinə təsirinin azaldılmasına görə vaxtında tədbirlərin görülməsi;

· Keyfiyyət və büdcəyə təsir göstərən satınalma risklərinin idarə edilməsi və zəruri hallarda lazımi düzəliş tədbirlərinin təklif edilməsi;

· Satınalma icra planının hazırlanması və yenilənməsi;

· İddiaçılar siyahısının hazırlanması və təqdim edilməsi (vendor list);

· Müəssisə rəhbərliyinə hesabatların hazırlanması;

· Satınalma prosedurlarının və bütün satınalma zənciri zamanı istifadə ediləcək hər hansı sənəd formalarının tərtibi və təqdim olunması;

· Tam satınalma fəaliyyətinə nəzarət, koordinasiya və planlaşdırmanın aparılması;

· İddiaçı şirkətlərin satın alınacaq material və xidmətlərə görə müxtəlif kateqoriyalara ayrılması;

· Satınalma fəaliyyətinin satınalma prosedurlarına, qaydalarına və təlimatlarına uyğun həyata keçirilməsinin təmin edilməsi.

Qeyd: Əmək haqqı namizədin  kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 14 fevral  saat 18:00-dək  göndərə bilərlər.