XƏBƏRLƏR

Online/distant dərslərin keçirilməsinin təqdimatı

29 mart, 2020

Hörmətli professor-müəllim heyəti, əziz tələbələr!

Koronavirus infeksiyasının (COVİD-19)yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur.

Azərbaycan Dillər Universiteti təhsilin davamlılığını təmin etmək,  tələbələrin ehtiyaclarını ödəmək məqsədilə  və yaranmış vəziyyətdən onların maksimal dərəcədə bəhrələnmələri üçün müxtəlif təkliflər üzərində çalışır. Bununla bağlı növbəti addımımız haqqında məlumatı sizlərlə bölüşmək istərdik.

Diqqətinizə Zoom proqramı ilə online/distant dərslərin keçirilməsi təqdimatını təqdim edirik.Bu video-təlimatın məqsədi  müəllim və tələbələrimiz üçün fasiləsiz tədrisin təmin edilməsində yardımçı olacağına ümid edirik.

PowerPoint

Kafedra müdirlərinə Universitetdə tədrisin onlayn rejimlərdə, elektron vasitələrlə təşkili ilə bağlı işlərin fəallaşdırılması tövsiyyə olunur.

Bundan başqa, martın 29-dan xüsusi karantin rejiminin gücləndirilməsi,

ölkə prezidenti İlham Əliyevin yeni növ virusla mübarizədə atdığı preventiv və effektiv addımları, həyata keçirilən yüksək təhlükəsizlik tədbirlərinin əhalinin sağlamlığının qorunmasına xidmət etdiyini nəzərə alıb  hamını bu məsələdə həmrəy olmağa, dövlətin verdiyi qərarlara məsuliyyətlə yanaşmağa, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq.