XƏBƏRLƏR

Tələbələr sinaqoqu ziyarət ediblər

27 dekabr, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi nəzdində fəaliyyət göstərən Şərq ölkələri üzrə kafedranın İsrail və Yaxın Şərq üzrə müəllimi Günay Feyziyevanın təşəbbüsü ilə Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin İsrail və Yaxın Şərq ixtisası üzrə 177- ci qrup tələbələri ilə Dağ Yəhudiləri Sinaqoqu ziyarət ediblər.

Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev tələbələrlə sinaqoqda görüşüb, tolerantlıq mühitində yəhudiliklə bağlı dəyərli fikirlər səsləndirib.

Dağ Yəhudiləri Sinaqoqunun ravvini Abraam Yakubov tələbələrə Tövrat kitabının tarixi, ibadətlərin keçirilməsi, sinaqoqdakı simvollar haqqında geniş məlumat verib.

Həmçinin, sinaqoqdakı xanukiyyaların növləri, xanukiyyaların yandırılma forması haqqında məlumat verib.