XƏBƏRLƏR

Sevgi Əlizadənin tələbələrlə görüşü keçirilib

26 dekabr, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq jurnalistika şöbəsinin təşkilatçılığı və Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Xavər Zairovanın təşəbbüsü ilə “AzTV İnformasiya Proqramları Studiyası”nın montaj rejissoru Sevgi Əlizadənin  jurnalistika şöbəsinin  III kurs tələbələri ilə görüşü keçirilib.

Görüşdə qonaq xəbərlərin hazırlanması zamanı kadrarxası mətn səsinin təmizlənməsi, görüntülərin səslə uyğunlaşdırılması, süjetin montajı zamanı diqqət ediləcək əsas məqamlardan danışıb. O, həmçinin tələbələrə kadrların ardıcıllığı, interküylərin işlənmə yeri, müsahibələrin kəsilməsi, xarici müsahiblərin nitqinin dublyaj olunması prosesi ilə də tanış edib.

Sonda tələbələrin jurnalistika sahəsi ilə bağlı sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.