Danışıq bacarığının qiymətləndirilməsi üzrə ekpertlərlə görüş keçirilib

Dekabrın 20-də Keyfiyyətin təminatı və monitorinq şöbəsi və Biliyin qiymətləndirilməsi şöbəsinin təşkilatçılığı ilə ADU-nun rektoru akademik Kamal Abdulla İngilis-Alman, İngilis-Fransız və Filologiya fakültə dekanları, fakültə əməkdaşları və 2024-2025-ci tədris ilində I kurs tələbələrinin ixtisas fənləri üzrə dil bacarıqları fənnindən danışıq bacarığının qiymətləndirilməsi üzrə təyin olunan ekspertlərlə görüş keçirilib.
Görüşdə akademik Kamal Abdulla qeyd edib ki, tədris planında bir sıra fənlər ixtisas-peşə bacarıqlarının öyrənilməsində mühüm rol oynayır. İxtisaslar üzrə dil bacarıqlarının inkişaf etdirilməsi xarici dilin tədrisində xüsusi önəm kəsb edir. Ötən tədris ilində ixtisasyönümlü dil fənləri üzrə dilin dörd əsas bacarığından (language skills) olan dinləmə bacarığının (listening) qiymətləndirilməsini imtahan prosesində təcrübədən keçirilib. Cari semestr üzrə dinləmə (listening) ilə yanaşı, ixtisas dilini öyrənən tələbələrin danışıq (speaking) bacarığı da yoxlanılacaqdır.
Rektor vurğulayıb ki, danışıq (speaking) bacarığının qiymətləndirilməsi cari tədris semestri üzrə təhsil alan I kurs tələbələrinə aiddir.
Görüşdə Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri dos.Fatma Qurbanzadə, Biliyin qiymətləndirilməsi şöbəsinin müdiri İranə Əsədzadə təqdimatla çıxış edərək ixtisas üzrə dil fənlərində istifadə olunacaq biletlərin strukturu ilə ekpertləri tanış edib.
Ekspertlər müxtəlif təklif və rəylərlə çıxış ediblər. Görüş sual cavablarla davam edib.

















