XƏBƏRLƏR

Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün master-klass keçirilib

24 dekabr, 2024

Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin Korreksiyaedici təlim ixtisası üzrə təhsil alan IV kurs tələbələri ilə birgə ADU-nun Pedaqogika kafedrasının müəllimi p.f.d.Samirə Həsənovanın təşəbbüsü ilə “Tandem” Ailəyə Dəstək Mərkəzində xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün master-klass keçirilib.

Burada onlar gips fiqurların boyanması fəaliyyətində mərkəzin "Qayğı" qrupundakı SİM şəxslər müxtəlif rəng çalarları əldə etməyi, sevdikləri gips heykəlcikləri rəngləməyi öyrənmiş, bir-birindən maraqlı maşın, çiçək, heyvan fiqurları, yeni il tematikalı aksesuarlar hazırlayıblar.

Qeyd edək ki, Korreksiyaedici təlim ixtisası üzrə təhsil alan tələbələrin SİM şəxslərlə görüşlərinin planlaşdırılması, birlikdə fəaliyyətə cəlb olunmasının daha intensiv şəkildə təşkili nəzərdə tutulub.