Tələbələrlə İş və Əmək Bazarı Komissiyasının növbəti iclası keçirilib
23 dekabr, 2024

Azərbaycan Dillər Universitetinin Tələbələrlə İş və Əmək Bazarı Komissiyasının növbəti iclası keçirilib.
Komissiyanın yeni semester üçün fəaliyyət planının müzakirəsi, fakültələr üzrə əmək bazarının nümayəndələri ilə keçirilən görüşlərin təhlili, aparılan sorğuların analizi, əmək bazarının ehtiyaclarının müəyyənləşdirilməsi, zəruri kompetensiyaların formalaşdırılmasının təlim prosesində nəzərə alınması və s. məsələlər istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ADU-nun müvafiq komissiyasının iclasının sistemli və davamlı şəkildə təşkili nəzərdə tutulub.