ADU-nun müəllimi beynəlxalq konfransda iştirak edib
18 dekabr, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının Beynəlxalq jurnalistika üzrə dosenti, fil.f.d. Aynurə Hüseynova 17 dekabr 2024-cü il tarixində Bakı Dövlət Universitetində Azərbaycanın görkəmli alimi, professor Şirməmməd Hüseynovun 100 illik yubileyi çərçivəsində, "Azərbaycan mediası: tarix və müasirlik" mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda iştirak edib.
Dosent Aynurə Hüseynova konfransda “1990-cı illər Azərbaycandakı ictimai-siyasi vəziyyət ingilisdilli mətbuatda” mövzusunda məruzə edib və sertifikatla təltif olunub.







