ADU-da qrup nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Dillər Universitetinin İngilis və Alman dilləri fakültəsində Xarici dil (dillər üzrə) müəllimliyi ixtisasında təhsil alan tələbələrin qrup nümayəndələri ilə görüş keçirilib.
Görüşdə fakültə dekanı, dosent Naibə Camalzadə, dekan müavinləri – filologiya üzrə fəlsəfə doktoru Elnarə Putayeva və Lalə Həsənova, həmçinin fakültənin tyutorları iştirak ediblər. Fakültə dekanı Naibə Camalzadə görüş zamanı dərslərdə iştirakın vəziyyəti, davamiyyət göstəricilərinin əhəmiyyəti və tələbə biliyinin qiymətləndirilməsi meyarlarının vacibliyi kimi məsələlərə xüsusi diqqət çəkib.
Görüşdə tələbələrin imtahanların təşkili, kollokviumların keçirilməsi, sərbəst işlərin tələbələrin şəxsi kabinetlərinə yüklənməsi ilə bağlı sualları cavablandırılıb. Həmçinin, dekanlıq əməkdaşları tərəfindən tələbələrə müvafiq tövsiyələr verilib.







