XƏBƏRLƏR

“Nizami Gəncəvi yaradıcılığında ətraf mühitin mühafizəsi” mövzusunda yazı müsabiqəsi keçirilib

17 dekabr, 2024

Azərbaycan Dillər Universitetinin  Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Aynur Budaqova, baş müəllim Jalə Salmanova,  m. Sara Fətəliyeva və  m. Nuranə Bədiyevanın birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi yaradıcılığında ətraf mühitin mühafizəsi” mövzusunda yazı müsabiqəsi keçirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı nəzərdə tutulan illik tədbirlər planına istinadən keçirilən müsabiqə Filologiya, İngilis və alman dilləri, İngilis və fransız fakültələrinin ingilis, fransız və alman dillərində tədris alan 2-ci və 3-cü kurs bakalavr tələbələri arasında təşkil olunub.

Müsabiqə şərtləri tələbələrə əvvəlcədən təşkilatçılar tərəfindən bildirilib. 

Müsabiqə kafedra müdiri dos. Sevinc Hüseynovanın açılış nitqi ilə başlayıb.

Qeyd olunan hər üç ixtisas dili üzrə qalib olan tələbələr sertifikatla yanaşı, həm də hədiyyə ilə mükafatlandırılıblar. Digər  tələbələr isə sertifikatla təltif olunublar.