ADU-nun müəllimi Türkiyə-Qırğızıstan Manas Universitetində müəllim mübadilə proqramında iştirak edib

Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq kafedrasının baş müəllimi Hökümə Abbasova Orhun
Qeyd edək ki, “Orhun” mübadilə proqramı Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında ali təhsil sahəsində əməkdaşlığı həyata keçirmək məqsədilə yaradılmış Türk Universitetləri Birliyinin üzvü olan universitetlər arasında həyata keçirilir. Proqram çərçivəsində akademik heyyətin iki həftə ərzində tərəftaş universitetdə mühazirə və seminarlar deməsi nəzərdə tutulub.
H.Abbasova, həmçinin Türkiyə-Qırğızıstan Manas Unveristetinin Beynəlxalq Münasibətlər kafedrasının müdüri prof. Nasuh Uslu və kafedranın müəllim heyəti ilə görüşüb.
Daha sonra H.Abbasova Beynəlxalq Münasibətlər fakultəsinin bütün tələbələri üçün “Müharibə sonrası Azərbaycan” adlı mühazirə oxuyub.
Görüşdə BM kafedrasının müdiri və müəllimləri də iştirak edib.
Bundan başqa H.Abbasova BM fakültəsinin 2-ci kurslarının Siyasi Sistem dərslərində “Partiya tipləri və partiya sistemləri”, 2-ci kursların Türk Dünyası fənnində “Azərbaycan tarixi”, 3-cü kursların Geosiyasət dərsində “Azərbaycanın geosiyasi mövqeyi və xarici siyasəti” mövzularında mühazirə deyib və tələbələrlə bu mövzuda müzakirə aparıb.
O, Eyni zamanda mübadilə proqramı çərçivəsində Beynəlxalq Münasibətlər fakültəsinin müəllimlərinin dərslərində iştirak edib.







