XƏBƏRLƏR

Tələbələr “Siyasi repressiya qurbanları” muzeyini ziyarət ediblər

13 dekabr, 2024

Azərbaycan Dillər Unuversitetinin Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasınım müəllimi Mina Qarayevanın rəhbərliyi ilə Beynəlxalq münasibətlər və regionşünaslıq və Filologiya fakültələrinin tələbələri Dövlət Sərhəd Xidmətinin inzibati binasında yerləşən “Siyasi repressiya qurbanları” muzeyini ziyarət ediblər.

Tələbələrə muzeyin ekspozisiyasının Azərbaycan tarixinin ən acı səhifələrini əyani sürətdə əks etdirməsi, 1920-1950-ci illərdə dövlətin apardığı siyasət nəticəsində on minlərlə ictimai və dövlət xadiminin, elm, mədəniyyət, incəsənət nümayəndələ rinin, sıravi vətəndaşların repressiyaya məruz qalması barədə məlumat verilib.

“Siyasi repressiya qurbanları” muzeyinin yaradılması barədə tələbələrə ətraflı məlumat verildikdən sonra, binanın zirzəmisində həbs olunanların saxlanılma kameraları, istintaq otaqları, ölüm hökmü çıxarılanların güllələnməsi yerləri göstərilib.