XƏBƏRLƏR

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

12 dekabr, 2024

ADU-nun Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə professor-müəllim heyəti, tələbələr və kitabxana əməkdaşları iştirak ediblər.

 Öncə müasir Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla anılıb.

ADU EKİXM-nin Oxu zalı bölməsinin müdiri Güllüzar Məmmədova “Heydər Əliyev və dövlətçiliyin qorunması”, ADU EKXMİ-nin əməkdaşı “Heydər Əliyev və dil siyasəti”, İngilis-fransız dili fakültəsinin tələbələri-  Xalidə Əliyeva və Ləman Rəhmətova “Heydər Əliyev şəxsiyyəti və müasir Azərbaycan gənclərinə örnəkdir”, İngilis-alman dili fakültəsinin tələbələri Nəzrin Əlizadə və Nərgiz Şirinova “Heydər Əliyev iris və Azərbaycanın inkişafı”, “Heydər Əliyevin azərbaycançılıq məfkurəsi” mövzularında çıxış ediblər.

 Bildirilib ki. Ulu Öndərin uzaqgörən siyasəti, zəngin irsi və vətəninə həsr olunmuş həyatı hər zaman xalqımız üçün örnək olaraq qalacaq, Azərbaycanı müstəqil, güclü və müasir dövlətə çevirmək yolunda gördüyü işlər gələcək nəsillər tərəfindən əbədi xatırlanacaqdır.