XƏBƏRLƏR

“Ailə planlaşdırılması” adlı maarifləndirici təlim keçirilib

02 dekabr, 2024

Azərbaycan Dillər Universitetində Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı ilə Səhiyyə Nazirliyi tərəfindən “Ailə planlaşdırılması” adlı  təlim keçirilib.

Gəncləri maarifləndirmə məqsədi ilə keçirilən təlimdə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova hər bir  fərdin cinsi və reproduktiv sağlamlığı, o cümlədən, ailə planlaşdırılması haqqında ətraflı məlumat verib.