XƏBƏRLƏR

“Danışıq bacarığının inkişaf etdirilməsi” mövzusunda təlim keçirilib

28 noyabr, 2024

Azərbaycan Dillər Universitetinin (ADU)  İngilis və  Fransız dilləri fakültəsi İngilis dilinin tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə həmin fakültənin 1-ci kurs tələbələri üçün “Danışıq bacarığının inkişaf etdirilməsi” mövzusunda intensiv təlim keçirilib.

Təlimi açılış nitqi ilə açan kafedra müdiri dos.G. Şirəliyeva, İngilis və Fransız dilləri fakültəsinin dekanı dos.Vəfa Babayeva və İngilis və Fransız dilləri fakültəsinin dekan müavini dos.Namiq Əsədov çıxışında tələbələrə uğurlar arzulayıblar.

Təlim kafedranın təlimçi mütəxəssisləri tərəfindən aparılıb.