Universitetlər arası onlayn seminar keçirilib
Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının dosent Şəlalə Babayeva, baş müəllim Lalə Sadıxova və Özbəkistan-Fin Pedaqogika İnstitutunun Psixologiya kafedrasının müdiri, dosent Umidə Butayevanın birgə təşkilatçılığı ilə online seminar keçirilib.
Seminar “Obsessiv – Kompulsiv pozuntunun tələbələrin idrak fəaliyyətinə təsiri” mövzusu ilə bağlı qarşılıqlı müzakirə və prezentasiyaların təqdimatı əsasında keçirilib.
Online görüşdə hər iki universitetin sosial-psixoloji xidmət və psixologiya ixtisası üzrə təhsil alan birinci kurs tələbələri və müəllim-professor heyəti iştirak edib.
Qeyd edilib ki, seminar cari ildə Azərbaycan Dillər Universiteti ilə Özbəkistan-Fin Pedaqogika İnstitutu arasında bağlanan elmi əməkdaşlıq müqaviləsi əsasında keçirilib.