XƏBƏRLƏR

“Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib

23 noyabr, 2024

ADU Tələbə Gənclər Təşkilatı və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib.
Tədbirdə ADU TGT sədri Nicat Əliyev çıxış edərək, yaşıl dünya, COP29 və gənclərin bu məsələlərdəki rolu barədə öz fikirlərini bölüşüb. O, eyni zamanda gənclərin ekoloji məsələlərdə aktiv iştirak etməsinin vacibliyini vurğulayıb.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Gülarə Verdiyeva isə çıxışında gənclərin COP29 layihəsindəki fəallığını qeyd edərək, onların gələcəkdə yaşıl dünya üçün atacağı addımların əhəmiyyətini vurğulayıb.
Tədbirin davamında tələbələr çıxış edərək yaşıl dünya ilə bağlı məlumat veriblər. Həmçinin, tədbirdə istedadlı gənclərimiz COP29 və yaşıl dünya mövzusunda çəkdikləri şəkilləri nümayiş etdiriblər.
Sonda tədbir iştirakçıları ADU TGT sədri Nicat Əliyev və Gülarə Verdiyeva tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.