XƏBƏRLƏR

“Bakı COP – 29” mövzusunda açıq dərsi keçirilib

07 noyabr, 2024

Azərbaycan Dillər Universitetində Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri, Təhsil – 2 fakültəsi nəzdində Xarici Dillər kafedrasının professoru Əsgər Zeynalovun 223a qrupunda “Bakı COP – 29” mövzusunda açıq dərsi keçirilib.

Bildirilib ki. açıq dərs əsasən sual – cavab üsulu ilə təşkil edilib. Açıq dərsin əsas mövzusu COP-un tarixi, hansı ölkələrdə keçirilməsi, onun maliyyə tərəfi, xarici ölkələrin başçıları və nümayəndə heyətlərinin dəvəti və gəlişlərinin təşkili məsələləri, Azərbaycanda və dünyada iqlim dəyişikliyi, onun təhlükəli, xoşagəlməz, narahat cəhətləri olub.

Sərbəst fikirlərinə, öz düşüncələrinə, mülahizələrini yüksək səviyyədə ifadə etmələrinə və fəallıqlarına görə tələbələr- Nərgiz Hacıyeva, Mələk Ağamirli, Səkinə Kazımova, Fatiməxanım Bağırova, Günay Mamedova seçiliblər.

Dərsin gedişində mövzu ilə əlaqədar olaraq poeziya və musiqi nümunələri də öz əksini tapıb.

Açıq dərsdə Xarici Dillər kafedrasının müdiri, dosent Aida Sabor, kafedranın baş müəllimi Cəmalə Tağızadə, Mərkəzin mütəxəssisi Gülnarə Babayeva və digər şəxslər çıxış ediblər.