“Şanlı zəfər və ədəbiyyatımız” mövzusunda dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Filologi
Açılış nitqi ilə çıxış edən Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akad. Muxtar İmanov Azərbaycanın yaxın 30 illik tarixindən, bu tarixin ədəbiyyatımızın əsas mövzularından birinə çevrilməsindən bəhs edib. Akademik çıxışı zamanı ədəbiyyatın gözü ilə tarixi hadisələrə baxmağın önəmini xüsusi ilə vurğulayıb. Tədbirdə Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi Heyran Amanova “Qarabağ savaşı və çağdaş ədəbiyyatımız” adlı məruzə ilə çıxış edib. Məruzədə Qarabağ müharibəsinin bədii ədəbiyyatda təzahüründən, xüsusilə poeziyada H.Arif, X.R.Ulutürk, Z.Yaqub, M.İsmayıl, A.Cəmil, V.Bəhmənli yaradıcılığında xalqın ağrı-acısının əks olunmasından, Qarabağ mövzusunun poeziyanın ana xəttinə çevrilməsindən bəhs edib.
Daha sonra şair Adil Cəmilə çıxışında yaradıcılıq bioqrafiyasına toxunub, Qarabağ mövzusunun onun yaradıcılığındakı yerindən, yurd itkisinin ağırlığından, bu itkinin yaradıcı insana təsirindən bəhs edib.
Şair Vaqif Bəhmənli çıxışında A.Bakıxanovdan başlayaraq 2 əsr ərzində Qarabağ mövzusunun davam etdirilməsindən, 44 günlük müharibədən və nikbin sonluqla bitən zəfərdən bəhs edib.
Hər iki şair öz şeirlərini səsləndirib və tələbələrin suallarını cavablandırıblar.