“Qarabağda dalğalanan zəfər bayrağımız” mövzusunda tədbir keçirilib
Noyabrın 5-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq (BMR) fakültəsi nəzdində Qafqazşünaslıq və Azərbaycan tarixi, Beynəlxalq münasibətlər, Fəlsəfə və ictimai elmlər, Diplomatik xarici dillər kafedralarının təşkilat
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekan müavini dosent Namiq Kərimov açılış nitqində 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, zəfərin əldə edilməsinin əsasında Ulu Öndərin apardığı müdrik siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin dayandığını vurğulayıb. O, xalqı hakimiyyət ətrafında birləşdirməyə nail oldu və 44 günlük müharibənin gedişində torpaqlarımız düşmənlərdən azad oldu.
Tədbirdə Fəlsəfə və ictimai elmlər kafedrasının professoru Şəfəq Abdullayeva “Zəfərə gedən yol və dayanıqlı inkişaf”, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Mina Qarayeva “Ulu Öndərin siyasətinin təntənəsi”, Diplomatik xarici dillər kafedrasının laborantı Nigar Tanrıverdi “Böyük Qayıdışın əsas məqamları”, Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, t.f.d. Lamiyyə Namazova “44 günlük Vətən müharibəsinin milli və regional təhlükəsizliyə təsirləri” adlı məruzələrlə çıxış ediblər.
BMR fakültəsinin tələbəsi Mədinə Əhmədova və İngilis Fransız fakültəsinin tələbəsi Zöhrə Əfəndizadə Zəfər Gününə həsr olunan şeir səsləndiriblər.
Tədbirdə Zəfər Gününə həsr olunan videoçarx nümayiş olunub.