"Yaşıl dünya naminə həmrəylik ili" adlı tədbir keçirilib
Azərbaycan Dillər Universitetinin Təhsildə xarici dillər kafedrasının müəllimləri- Aytəkin Mehdiyeva və Suzan Zeynalovanın təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" adlı tədbir keçirilib.
Tədbirdə ADU-nun rektor məsləhətçisi Anar Osmanlı, Pedaqogika kafedrasının müdiri dos. Nigar Zeynalova, Təhsildə xarici dillər kafedrasının müdiri dos. Aida Sobor, Psixologiya kafedrasının dosenti Şəlalə Babayeva və Təhsildə xarici dillər kafedrasının əməkdaşları iştirak ediblər.
Təhsildə xarici dillər kafedrasının müdiri dos. Aida Sobor çıxışında COP29-la bağlı universitetdə keçirilən silsilə tədbirlərin əhəmiyyətindən bəhs edib.
Təhsil fakültəsinin 216 və 317-ci qrup və İngilis və fransız dilləri fakültəsinin 329-cu qrup tələbələri çıxış ediblər.
Tədbirdə COP 29-la bağlı rəsm nümunələrindən ibarət sərgi olub.
Tələbələr öz çıxışlarında COP-29 konfansının qlobal və iqlim dəyişikliyi ilə mübarizə üçün mühüm tədbirlər həyata keçirmək məqsədilə Bakı şəhərində təşkil ediləcək möhtəşəm tədbirlərdən biri olacağını vurğulayıblar.
Tədbirdə mövzu bağlı sorğudan ibarət video-çarx nümayiş olunub.
Sonda ADU-nun rektor məsləhətçisi Anar Osmanlı çıxış edib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının Bakıda keçirilməsi ilə bağlı sərəncamı, bu möhtəşəm tədbirə hazırlıq proseslərini sürətləndirmək məqsədi daşıyır. Sərəncama əsasən, tədbirin yüksək səviyyədə təşkili üçün Təşkilat Komitəsi yaradılıb. Anar Osmanlı çıxışında bu möhtəşəm tədbirin təşkilində tələbələrin könüllü olaraq iştirakını da yüksək qiymətləndirib .