XƏBƏRLƏR

ADU-nun əməkdaşları Polşada işgüzar səfərdə olublar

29 oktyabr, 2024

 Oktyabrın 24-25-də Azərbaycan Dillər Universitetinin əməkdaşları – “Azərbaycanşünaslıq” elmi Mərkəzinin baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi və Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova Polşada işgüzar səfərdə olublar.

Onlar Polşa Respublikasının paytaxtı Varşava şəhərində Varşava Universitetinin Şərqi Avropa Araşdırmaları İnstitutu və Azərbaycanşünaslıq Mərkəzinin birgə təşkil etdiyi  “XX Prometey Konfransı: sovetoloji tədqiqatlarda imperializm və müstəmləkəçilik” mövzusunda elmi konransda iştirak ediblər.