XƏBƏRLƏR

“Ətraf mühitinin qorunması” adlı tədbir keçirilib

18 oktyabr, 2024

Azərbaycan Dillər Universitetində (ADU) Filologiya fakültəsi nəzdində Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müəllimi Mənsurə İsmayılovanın təşəbbüsü ilə COP 29 mövzusu ilə əlaqədar “Ətraf mühitinin qorunması” adlı açıq dərs keçirilib.

Dərs Filologiya fakültəsinin 246-cı qrup tələbələri ilə birlikdə təşkil olunub və Fransız dilinin fonetikası və qrammatikası kafedrasının əməkdaşları iştirak ediblər.

 Açıq dərs zamanı  ekologiya, təbiətin, ətraf mühitin  qorunması, ekoloji problemlər ilə bağlı fransız dilində müxtəlif müzakirələr aparılıb.

 Daha sonra qeyd olunan məsələrlə bağlı Filologiya fakültəsinin 246-cı qrup tələbələri Biyabani Murad,  Dəniz Həsənova,  Fatimə Rəsulova,  Səbinə Mirzəyeva, İlkanə Usubova slaydlar vasitəsi ilə atmosferin çirklənməsi, iqlim dəyişikliyi və onunla mübarizə, dayanıqlı həyat tərzini əks etdirən planlar çərçivəsində ətraflı çıxış ediblər.

Həmçinin COP tədbirlərinin tarixçəsi və əhəmiyyəti barədə geniş məlumat verilib, tələbələr tərəfindən slaydlar təqdim edilib.

Qeyd edilib ki, tədbir Elm və Təhsil Nazirliyi tərəfindən “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyaının (COP 29), Kioto Protokolonun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı Sessiyasının təşkil edilməsi ilə bağlı 2024-cü il üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı” na uyğun olaraq təşkil olunub.