XƏBƏRLƏR

COP-29-a həsr olunmuş dəyirmi masa təşkil edilib

18 oktyabr, 2024

2024-cü il oktyabrın 17-də Azərbaycan Dillər Universitetinin İngilis və fransız dilləri fakültəsin İngilis dilinin tədrisi kafedrasının təşəbbüsü   ilə  Azərbaycan COP 29 mövzusuna həsr olunmuş  dəyirmi masa təşkil edilib.

Dəyirmi masa 421 A qrupunun iştirakı ilə keçirilib. Dəyirmi masa müzakirələri tələbələrin bu sahədə məlumatlandırılması və biliklərinin artırırlması məqsədi daşıyıb.

Tədbirə kafedranın müdiri, dosent Günay Şirəliyeva və fakültənin dekan v.i.e dos.fil.f.d.X.Ş.Əliyeva da qatılıblar.

İngilis dilinin tədrisi metodikası kafedrasının baş müəllimi Aygün İbrahimova dəyirmi masa müzakirələrinə “COP 29-a gedən yol” adlı video materialın nümayişi ilə başlayıb. Müzakirələr “COP nədir?, Tələbələrin COP 29 konfransından gözləntiləri nələrdir? İqlim dəyişikliklərinin qarşısının alınması üçün istifədə ediləcək texnologiyalar və yeniliklər hansılardır? - suallarına cavab axtarmaqla fəal şəkildə təşkil edilib. Tələbələr iqlim dəyişikliyinə həsr olunan COP 29 beynəlxalq konfransı haqqında fikirlərini paylaşıb, qlobal iqlim dəyişikliklərinin qarşısının alınması üçün bir səmərəli yollar təklif ediblər.

Tədbirin əsas məqsədi COP-un tarixi, onun Azərbaycan üçün əhəmiyyətini və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulamaq idi. Müzakirələr zamanı tələbələr COP abreviaturunun tarixi haqqında məlumatlar verib, ev sahibi olduğumuz bu tədbirin Azərbaycan xalqı üçün əvəzolunmaz bir tarixi hadisə olduğunu bildirərək məsələnin həllində gənclərin də üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd etdilər.

Dəyirmi masa müzakirələri tələbələrin ingilis dili biliklərinin artırılması, öz fikirlərini aydın və səlist şəkildə bildirmələri, tənqidi düşüncə bacarığının inkşafına təkan verdi. Sonda iştirakçılar və tədbirin qonaqları arasında fikir mübadiləsi aparıldı və tədbir böyük maraqla qarşılandı.

Bu kimi tədbirlərin gələcəkdə də təşkil edilməsi tələbələrin aktual qlobal problemlərə dair biliklərinin artırılmasına, eyni zamanda dil biliklərini təkmilləşdirməsinə  şərait yaradacaqdır.