Beynəlxalq Tərcüməçilər Gününə həsr olunmuş təlim keçirilib
Azərbaycan Dillər Universitetinin Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, professor əvəzi, filologiya üzrə fəlsəfə doktoru Ülfət İbrahim tərəfindən Bakı Avrasiya Universitetinin tərcümə ixtisası üzrə təhsil alan tələbələr və müəllimlər qarşısında Beynəlxalq Tərcüməçilər Gününə həsr olunmuş təlim keçirilib.
Təlim müasir dövrdə şifahi tərcümə ilə (sinxron və ardıcıl) məşğul olan tərcüməçilərin xüsusiyyətlərinə həsr olunub.
Ülfət İbrahim son dövrlərdə əmək bazarında tərcüməçilər qarşısında qoyulan tələblər və peşəkarlığın artırılması ilə bağlı təlim iştirakçılarına ətraflı məlumat verib.
Təlim tələbələr və müəllimləri maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb. Mövzu ətrafında müzakirələr aparılıb.
Təlimin sonunda tərcümə peşəsi və sənəti ilə bağlı seminar və təlimlərin keçirilməsi qərara alınıb.