"Open Linguistics" jurnalında yeni elmi məqalə
Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın, Universitetinin professoru Azad Məmmədovun, baş müəllim Misgər Məmmədovun və Azərbaycan Universitetinin dosenti, filologiya elmləri doktoru Şaban Hüseynovun həmmüəllif olduqları "Müxtəlif dillərə və janrlara aid diskurslarda təkrarlar" adlı məqalə, Scopus (Q1), Web of Science, İndex Copernicus, ERIH PLUS kimi yüksək indekslərə malik "Open Linguistics" jurnalında (Almaniyanın məşhur De Gruyter nəşriyyatı) çap olunub.
Qeyd edək ki, tədqiqatda Beowulf və Kitabi Dədə Qorqud kimi eposlarda, eləcə də, müasir Azərbaycan və ingilis dillərindəki bədii mətnlərdə işlənən fonetik və leksik təkrarların linqvistik və psixoloji xüsusiyyətləri araşdırılır.
Məqalə ilə tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
LINK