ADU-nun əməkdaşı Çeçenistanda işgüzar səfərdə olub
Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müdiri dosent Nigar Zeynalova Çeçenistan Dövlət Pedaqoji Universitetində işgüzar səfərdə olub.
Səfərin məqsədi tərəfdaş ali məktəblərin (Çeçenistan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) “Rusiya və Azərbaycan təhsil məkanında gələcək müəllimlərin inklüziv mədəniyyətinin
ADU-nun Pedaqogika kafedrasının müdiri, İnklüziv Təhsil Mərkəzinin rəhbəri dos.N.Zeynalova Çeçenistan Dövlət Pedaqoji Universitetində inklüziv təhsil mühitində tələbələrin praktik pedaqoji fəaliyyətə hazırlığının təşkili prosesi ilə tanış olub. O, ölkəmizdə, xüsusilə, ADU-da bu istiqamətdə həyata keçirilən tədbirlər barədə geniş məlumat verib.
Dos.N.Zeynalova ÇDPU-nun Elm və beynəlxalq məsələlər üzrə prorektoru Tamara Avtayeva ilə görüşü zamanı Rusiya və Azərbaycanda pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrdə inklüziv mədəniyyətin və inklüziv təhsil şəraitində peşə hazırlığının
Səfər zamanı ÇDPU və ADU-nun pedaqoji ixtsaslar üzrə təhsil alan tələbələrinin akademik mobilliyi çərçivəsində silsilə maarifləndirici tədbirləri (elmi və tədris seminarları, praktikumlar, təlimlər, inklüziv könüllü və tədqiqat layihələri) əhatə edən “
Görüşdə sağlamlıq imkanları məhdud şəxslərin korreksiyası, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində kadr hazırlığı məqsədilə ikili diplomlu beynəlxalq magistr proqramının açılması məsələləri də müzakirə edilib. 24 iyunun-15 iyul tarixlərində ÇDPU-da keçirilmiş “Yay pedaqoji emalatxanası”nda da bu istiqamətdə dəyirmi masalar keçirilib, dinləyicilərin həmin sahəyə xüsusi maraq göstərməsi diqqəti cəlb edib.
Dos.N.Zeynalova Çeçenistan
Dos.Nigar Zeynalovanın Çeçenistan Respublikasının Təhsil və Elm nazirinin müavini Əhməd Usmanovla görüşündə inklüziv təhsilin problemləri və gələcək əməkdaşlığın perspektivləri, pedaqoji kadr hazırlığı sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib.