“Yoqa ilə ruhunu və bədənini sevməyi öyrən” adlı yoqa təlimi keçirilib

İyulun 7-də ADU Tələbə Gənclər Təşkilatı nəzdində Sağlamlıq və Psixologiya Klubunun təşkilatçılığı ilə Yoqa Shahi yoqa məktəbinin Beynəlxalq Yoqa Alyansının sertifikatlı Fly-Yoqa, Hatxa-Yoqa, perinatal yoqa, ailə yoqası və uşaq yoqası müəllimi Aytən Atakişiyevanın təqdimatında “Yoqa ilə ruhunu və bədənini sevməyi öyrən” adlı yoqa təlimi keçirilib.
Təlim yoqa hərəkətləri ilə başlayıb. Təlimçi Aytən Atakişiyeva gənclərə yoqaya dərin inamın əhəmiyyətindən və meditasiyada heç nə düşünməməyin faydalarından danışıb.
Təlim boyunca iştirakçılar müxtəlif yoqa texnikaları və hərəkətləri ilə tanış olub, bədənlərini və ruhlarını daha yaxşı hiss etməyə çalışıblar.
Təlimin sonunda iştirakçılar rahatlıq və dinclik hissi ilə yoqanın müsbət tərəflərini müzakirə ediblər.















