XƏBƏRLƏR

ADU-nun tələbələri təşəkkürnamə ilə təltif olunublar

28 iyun, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri universitetin ictimai işlərində fəal iştirak etdiklərinə görə rəhbərlik tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

Tədbirdə ADU-nun rektoru, akademik Kamal Abdulla, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Jalə Qəribova, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, millət vəkili Tamam Cəfərova, Ümumi işlər üzrə prorektor, dosent Vüqar   Mehrabov, Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin əməkdaşları və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən akademik Kamal Abdulla təltif olunan tələbələrə öz təşəkkürünü bildirib, məzunları təbrik edib. Tələbələrə növbəti tədris ilində uğurlar arzulayan rektor deyib:

“Əziz tələbələr, universitetin ictimai işlərində göstərdiyiniz fəallığa görə həm öz adımdan, həm də prorektorlar adından sizə təşəkkür edirəm. Bu illər ərzində həmişə fəal olmusunuz, universitetimizin müxtəlif beynəlxalq reytinqlərdə yer tutmasında sizin də rolunuz böyükdür. Məzunlarımızı təbrik edir, cansağlığı və uğurlar arzulayıram. Həmçinin, hər birinizə qarşınızda duran vəzifələri ləyaqətlə həyata keçirməyi arzulayıram. Biz sizi hər zaman xatırlayacağıq. Tələbələrə isə növbəti tədris ilində uğurlar arzulayıram”.