XƏBƏRLƏR

ADU Tələbə Gənclər Təşkilatının növbəti iclası keçirilib

24 iyun, 2024

Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının idarə heyətinin 21 iyun tarixində növbəti ənənəvi iclası keçirilib.
İclas ADU Tələbə Gənclər Təşkilatının (TGT) sədri Nicat Əliyevin çıxışı ilə başlayıb.
İclasda klub və fakültə sədrləri çıxış edib, gələcək fəaliyyət planları haqda məlumat veriblər.
Növbəti semestrda keçiriləcək tədbir və layihələr geniş şəkildə müzakirə olunub və klub sədrləri yay ərzində keçirməyi nəzərdə tutduqları tədbirlər barədə fəaliyyət planlarını təqdim ediblər.
Daha sonra idarə heyətinə yeni daxil olmuş üzvlərlə tanışlıq mərasimi keçirilib. Yeni üzvlər özləri barədə qısa məlumat verib və gələcəkdə həyata keçirəcəkləri layihələrdən bəhs ediblər.
İclas zamanı, həmçinin, təşkilatın cari vəziyyəti və qarşıda duran məqsədlər haqqında fikir mübadiləsi aparılıb.