XƏBƏRLƏR

Minsk Dövlət Linqvistik Universitetində “Müstəqilliyə gedən keşməkeşli yol” adlı dəyirmi masa keçirilib

06 iyun, 2024

Minsk Dövlət Linqvistik Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq çərçivəsində,  29 may tarixində MDLU-nun rektoru Natalya Lapteva  tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, ADU-nun beynəlxalq şöbəsinin müdiri Anar Rəhimov və ADU-nun Regionşünaslıq kafedrasının dosenti Rəna Rəcəbli arasında  görüş keçirilib.   

Görüşdən sonra Minsk Dövlət Linqvistik Universiteti nəzdindəki “Azərbaycan dili və mədəniyyəti mərkəzi”ndə professor Solmaz Rüstəmova-Tohidinin təqdimatında Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyə gedən keşməkeşli yol” adlı dəyirmi masa keçirilib.

Dəyirmi masada qonaq qismində Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyinin əməkdaşlarından müşavir Mahir Hacıyev, III katib Mina İmanova və Maksim Tanka adına Belarus Dövlət Pedaqoji Universiteti nəzdindəki “Azərbaycan dili və mədəniyyəti mərkəzi”inin direktoru Fuad İbrahimov iştirak ediblər.