XƏBƏRLƏR

ADU-nun müəllim və tələbələri Ağsuda keçirilən beynəlxalq folklor festivalında iştirak ediblər

04 iyun, 2024

Azərbaycan Dillər Universitetinin (ADU)  Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi Sevda Abuzərli, Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Aynur Sadıqova və tələbələri Ağsu rayonunun Gəgəli kəndində keçirilən V Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalında iştirak ediblər.  Sözügedən festivalda yerli tələbələrlə yanaşı, xarici tələbələr də iştirak ediblər.

Bildirilib ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən “Tərəkəmə Çərşənbəsi V beynəlxalq folklor festivalı” layihəsi çərçivəsində təşkil olunub. Festivalı giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açıb. Daha sonra yerli və xarici qonaqlar çıxış ediblər.

Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi sükutla yad olunub.

Milli ənənələrimizin qorunmasına xidmət edən tədbirdə tələbələr misgərlik nümunələri, kənd məxbəxinin təamları, Ağsu şəhəri və Mehrəvan qalasında aşkar edilmiş arxeoloji tapıntılar ilə tanış olublar. Tərcümə fakültəsində təhsil alan Özbəkistanlı tələbəmiz Kibriyo İmonova  Gəgəli xanımların əl işlərindən ibarət milli xalçalar üzərindəki bəzək elementlərinin bəzilərinin özbək xalça elementləri ilə eyniyyət təşkil etdiyini bildirib.  

Festivalda folklor mahnıları, zorxana, ox atıcılığı, kəndirbazlıq, milli geyim nümunələrinin sərgisi nümayiş olunub.

Festivalın sonunda iştirakçılar sertifikatla təltif olunublar.