“28-may- Müstəqillik günümüz” mövzusunda tədbir keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) əməkdaşları- Anar Rəhimov və professor Solmaz Rüstəmova-Tohidi, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Rəna Fərəcovanın birgə təşkilatçılığı ilə “28-may- Müstəqillik günümüz” mövzusunda tədbir keçirilib.
ADU əməkdaşı, tarixçi alim, əməkdar elm xadimi, professor Solmaz Rüstəmov Tohidi universitetin kollektivi qarşısında “Azərbaycan- müstəqilliyə gedən nahamar yol” mövzusunda mühazirə ilə çıxış edib.
Tarixçi alim mühazirədə Azərbaycan tarixinin ən önəmli hadisələrindən hesab edilən Cumhuriyyətin qurulmasına aparan keşməkeşli, çətin yoldan, 23 aylıq fəaliyyəti dövründə AXC-in qazandığı uğurlardan söz açıb, eyni zamanda, həmin cumhuriyyətin sələfi olan müstəqil Azərbaycanın Ali Baş Komandanın rəhbərliyi ilə 30 il işğal altında olan torpaqlarımızı azad etməsindən, hazırda Qarabağda gedən genişmiqyaslı quruculuq işlərindən danışıb.
Mühazirə Minsk universitetinin tələbələri, eyni zamanda, professor-müəllim heyəti tərəfindən sual-cavabla yekunlaşıb.
Qeyd edək ki, tədbirdə Belarusdakı diaspor nümayəndələrimiz, səfirliyin diplomatları və digər qonaqlar da iştirak ediblər.