ADU-nun əməkdaşı İsveç dili kursunu uğurla bitirib
29 may, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Rəhimov İsveç Dil Akademiyasının "Onlayn Swedish" platformasının ADU ilə əməkdaşlıqda təşkil etdiyi İsveç dili və cəmiyyəti kursunu uğurla bitirib.
Kurslar altı səviyyədə olmaqla, bir il müddətinə təşkil edilib.

