XƏBƏRLƏR

“Yaşıl dünya naminə həmrəylik” strategiyasının Azərbaycan Respublikası üçün yaratdığı reallıqlar” adlı dəyimi masa keçirilib

27 may, 2024

24 may  2024-cü il  tarixində Azərbaycan Dillər Universitetində (ADU) BMR fakültəsi nəzdində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrası, Fəlsəfə və ictimai elmlər kafedrasının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik” strategiyasının Azərbaycan Respublikası üçün yaratdığı reallıqlar” adlı dəyirmi masa keçirilib.

Tədbirdə kafedra müdirləri, müəllimlər və tələbələr iştirak ediblər.

Moderator Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov tədbirin əhəmiyyətini vurğulayaraq, “Yaşıl dünya naminə həmrəylik” strategiyasının Azərbaycan Respublikası üçün yaratdığı reallıqlardan bəhs edib.

Fəlsəfə və ictimai elmlər kafedrasının professoru Şəfəq Abdullayeva “COP29-un Azərbaycan üçün əhəmiyyəti” adlı məruzəsində Azərbaycanın COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsinin ölkəmizə yerli, regional və beynəlxalq miqyasda böyük dvidendlər qazandıracağını, COP29-un həm siyasi, həm iqtisadi, enerji həm də miqrasiya sahələrinin inkişafı baxımından vacibliyini vurğulayıb.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Aygün Həsənova “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” adlı məruzəsində Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər, həyata keçirilən layihələr haqqında çıxış edib.

Tədbir iştirakçıların müzakirəsilə yekunlaşıb.