"Pollution and its types" mövzusunda açıq dərs keçirilib
24 may, 2024
Azərbaycan Dillər Universitetinin Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Türkan Abbasovanın rəhbərliyi ilə 233a qrup tələbələrinə "Pollution and its types" mövzusunda açıq dərs keçirilib.
Bildirilib ki, COP29 ilə bağlı tədbirlər çərçivəsində keçirlən dərs açıq havada olub. Tələbələr "air, water, soil, noise, light, visual pollution" haqqında lüğət öyrənməklə yanaşı, ÜST-ün Çində hava çirklənməsi ilə bağlı tədqiqat məqaləsini oxuyub, müzakirə aparıblar.
Dərs zamanı tələbələr əyani olaraq şahidi olduqları, səs, hava, vizual çirklənmə ilə bağlı nümunələr gətiriblər.