COP29-la bağlı açıq dərs keçirilib
24 may, 2024
COP29 ilə bağlı tədbirlər çərçivəsində Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Türkan Abbasovanın rəhbərliyi ilə 233a qrup tələbələri "Pollution and its types" mövzusunda açıq dərs keçirilib. Açıq dərs universitetin həyətində təşkil olunub.
Tələbələr "air, water, soil, noise, light, visual pollution" haqqında lüğət öyrənməklə yanaşı, ÜST-ün Çində hava çirklənməsi ilə bağlı tədqiqat məqaləsini oxuyub müzakirə aparıblar.
Dərs zamanı tələbələr əyani olaraq şahidi olduqları, səs, hava, vizual çirklənmə ilə bağlı nümunələr də gətiriblər.