Fuad Bayramovun jurnalistika ixtisasının tələbələri ilə görüşü keçirilib
23 may, 2024
Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika şöbəsinin təşkilatçılığı və Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Günel Qəribovanın təşəbbüsü ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə əlaqələr departamentinin aparıcı məsləhətçisi Fuad Bayramovun jurnalistika ixtisasının III kurs tələbələri ilə görüşü keçirilib.
Fuad Bayramov “Rəqəmsal marketinq” mövzusunda tələbələrlə öz təcrübəsini bölüşüb. Həmçinin, praktik işin əhəmiyyətini vurğulayıb, əyani nümunələr təqdim edib və öz tövsiyələrini verib.
Dərs prosesi interaktiv və qarşılıqlı fikir mübadiləsi fonunda aparılıb. Fuad Bayramov tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.