XƏBƏRLƏR

“İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda dəyirmi masa keçirilib

22 may, 2024

COP29 çərçivəsində Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsi və onun nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri açılış nitqi ilə İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri dosent Aytən Hacıyeva çıxış edib.

Sonra kafedranın baş müəllimi Nüşabə Əbdülrəhimova və Lətifə Şirzadova tərəfindən Ermənistanın Azərbaycanda törətdiyi ekoloji terrorun nəticələri və ekoloji tarazlığın pozulması haqqında təqdimatlar nümayiş etdirilib.

Filologiya fakültəsinin 243 qrup tələbələri- Samirə  Əlirzayeva, Neyjən Əliyeva, Tupnisə Bağırova, Cəmilə Həsənzadə Ermənistanın törətdiyi ekoloji terror barədə ingilis və Azərbaycan dillərində təqdimatla çıxış ediblər.

Tədbirin sonunda Filologiya fakültəsinin 133a  qrup tələbələri- Nəzrin Məmmədli, Əfsanə Babayeva və Nəsrin Nuriyeva mövzu ilə bağlı  çıxış ediblər.

Tədbir müzakirələrlə davam edib.

Müzakirədə kafedranın doktorantı Aytən Rəhimli mövzu ilə bağlı fikirlərini bölüşüb.