“İctimai-siyasi mətnlərin tərcüməsində innovativ rəqəmsal metodların tətbiqi” adlı ustad dərs keçirilib
Azərbaycan Dillər Universitetinin Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, professor Ülfət İbrahim tərəfindən “İctimai-siyasi mətnlərin tərcüməsində innovativ rəqəmsal metodların tətbiqi” adlı ustad dərs keçirilib.
Təlimin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2024-cü ilin Fəaliyyət planlarına əsasən 5.2.1. Universitet – sənayə tədqiqat əməkdaşlığı indikatoru əsasında İnnovativ layihələr üzrə tədqiqat və təcrübələrə cəlb olunma çərçivəsində keçirildiyi bildirilib.
Təlimdə Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, I, II, III kurs Tərcümə fakültəsinin tələbələri və Roman dillərinin praktik tərcümə kafedrasının əməkdaşları, müəllimləri iştirak ediblər.
Dərs ərzində təlimçi tərəfindən müəllimlərə və fakültənin tələbələrinə ictimai-siyasi mətnlərin şifahi tərcümə sirlərindən bəhs edilib. Ustad dərs prosesində müxtəlif siyasi mətnlərin tərcüməsi sınaqdan keçirilib. Eyni zamanda, tərcümə sahəsində yazılmış kitablar, əsərlər ilə iştirakçılar tanış olublar.
Filologiya üzrə fəlsəfə doktoru Ülfət İbrahim müəllifi olduğu Fransız-Azərbaycanca olan ictimai-siyasi lüğəti haqqında məlumat verib. O, Lüğətin tərcümə sahəsində çalışacaq mütəxəsislər üçün əhəmiyyətini, vacibliyini vurğulayıb.
İştirakçıların çoxsaylı sualları təlimçi tərəfindən cavablandırılıb.
Təlimdə ictimai-siyasi mətnlərin tərcüməsinin xarakterik xüsusiyyətləri slaydlar vasitəsi ilə nümayiş olunub.